Çiyələkdən 11 min insan zəhərləndi

Çindən Almaniyaya ixrac edilmiş çiyələklər 11 min insanın zəhərlənməsinə səbəb olub. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, dondurulmuş vəziyyətdə ölkəyə daxil olan çiyələklərin tərkibində zəhərlənməyə səbəb olan virus aşkarlanıb.

Maraqlısı isə odur ki, dəqiqlikləri ilə seçilən almanlar bu dəfə yoxlamanı zəhərlənmə baş verdikdən sonra keçiriblər. Bu ölkə mətbuatının yazdığına görə, zəhərlənənlər əsasən məktəblilər və bağça yaşlı uşaqlardır.

Sadiq Musa
AzNews.az