Kiçik bir toxunuş belə körpəyə əzab verir Kiçik bir toxunuş belə körpəyə əzab verir

O, 30 yaşında öləcək

Kiçik bir toxunuş belə körpəyə əzab verir



Britaniyanın Oksfordşir şəhərində ana yeni doğulmuş körpəsini qucaqlaya bilmir. Səbəb isə kiçik toxunuşda belə uşağın dözülməz ağrılar hiss etməsidir.

AzNews.az-ın "Daily Mail" qəzetinə istinadən verdiyi xəbərə görə, bulez epidermolizdən, yaxud "kəpənək sindromu"ndan əziyyət çəkən balaca Entoninin bədənində hər hansı toxunuş nəticəsində ağrılı suluqlar və yaralarla əmələ gəlir.

Oğluna toxuna bilməyən ana buna görə ürəyi parçalandığını bildirir. Britaniyalı ana hər altı saatdan bir oğluna ağrı hiss etməməsi üçün həblər verir. Ancaq dəhşətlisi odur ki, həkimlər uşağın böyüdükdə dəri xərçənginə mübtəla olması ehtimalının yüksək olduğunu bildiriblər. Tibb işçilərinin sözlərinə görə, Entoni bu xəstəlik ucbatından maksimum 30 yaşınadək yaşaya bilər.

Qeyd edək ki, bulez epidermoliz nadir genetik xəstəliklərdəndir. Xəstəliyin tam müalicəsi mümkün deyil.

Sevinc Fədai
AzNews.az