- Köhnə - Maraqlı
- 6 May 2015 18:03
- 5 703
Azərbaycanlı alimlərdən yeni ixtira - Dəniz suyunu yanacağa çevirən cihaz
Azərbaycanlı alimlər yeni ixtira ediblər. Onlar dəniz suyunu yanacağa çevirən cihaz icad ediblər.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının "gencalimler" saytı yayıb. Məlumata görə, bu cihaz vasitəsilə alınan yanacaq təbii qazdan dəfələrlə ucuz başa gələcək və ekoloji cəhətdən də təmiz olacaq. İxtiranın müəllifləri Mürvət Qəribov və Yusif Abdullayev deyirlər ki, 10 ildir ki, bu ideya üzərində işləyiblər və son üç illərini isə cihazın ərsəyə gəlməsinə sərf ediblər: "Beləcə dünya praktikasında ilk dəfə dəniz suyundan yanacaq alınıb. Hazırlanan bu qurğudan istifadə olunmaqla alınan məişət qazı təbii qazdan 50 dəfə təmiz olur. İxtiranın ən böyük üstünlüyü ondan ibarətdir ki, xammalın tapılması ilə bağlı heç bir problem yoxdur".
Müəlliflər cihazın cəmi 5 min dollara başa gəldiyini vurğulayıb. Qeyd edək ki, ixtira tam təsdiqlənib və patentə verilib. İndi isə müxtəlif ölkələrdə bu ixtiranın təkmilləşdirilib avtomobillərə tətbiqi üzərində iş gedir.