Delfinlər kəşfiyyatçı rolunda - Gizli məqamlar - FOTOLAR

Ukraynada dəniz heyvanları üzərində hərbi məqsədlərdən istifadə edilməsi barədə proqramın gizli sirləri açıqlanıb. 168.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Sevastopoldakı güc stukturundakı mənbə bildirib. Söhbət isə əsasən döyüş delfinlərindən gedir.

"Hazırda Sevastopoldakı dövlət sularında Ukrayna Hərbi Dəniz Qüvvələri delfinlər vasitərilə xüsusi tapşırıqların yerinə yetililməsi üzərində işlər aparır. Ukraynalı hərbçilər Sevastopol akvatoriyasında heyvanlara dənizin dibindən əşyaların axtarılmasının məşqlərini keçirlər", deyə mənbə bildirib.

Onun sözlərinə görə, delfinlərin köməkliyilə konkret əşyaların tapılmasının, sualtı diversiya hücumlarının tədqiqatı aparılır və 2012-ci ildə bu məşqlərin nəticələri uğurlu alınıb.

Qeyd edək ki, Sevastopolda delfinlərin əhilləşdirməsi üçün yaradılan okeanarium 1960-cı ildən fəaliyyətdədir. Burada delfinlərə sualtı diversantlara qarşı mübarizənin məşqləri öyrədilib. Bu halda heyvanların burun hissəsinə bıçaq və ya tapança bərkidilib və o, hədəfi məhv edib.

Digər təlimə görə isə, delfin hücum edən şəxsin maskasın yırtmalı, nəfəs-hava borusunu onun ağzından çıxarmalı, sonra suyun üzərinə itələməlidir ki, burada da diversantı xüsusi xidmət əməkdaşları qarşılamalıdırlar.

Xatırladaq ki, SSRİ dağıdıqdan sonra okeanarium Ukraynanın balansında qalsa da, bir müddət sonra maliyyə problemi ucbatından fəaliyyətini dordurmuş, əhilləşdirilmiş deifinlər isə İrana satılmışdı.

AzNews.az
image description image description image description image description image description image description image description image description