Ana 99 il həbs aldı

2 yaşlı qızını bərk döyən və daha sonra əllərini yapışqan lentlə divara bağlayan texaslı qadına 99 il iş verilib.

AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 5 uşaq anası olan 23 yaşlı Elizabet Eskalona məhkəmədə günahlarını etiraf edib və gördüyü işdən peşman olduğunu bildirib.

Məhkəmədə dindirilən digər uşaqlarda analarının əleyhinə danışıblar. Onlar bildiriblər ki, bacıları ayaq yoluna öyrənə bilmədiyi üçün döyülüb.

Sadiq Musa
AzNews.az