Kolumbiyada cərrahlar 19 yaşlı oğlanın belindən bıçaq tiyəsi çıxarıblar. Kolumbiyada cərrahlar 19 yaşlı oğlanın belindən bıçaq tiyəsi çıxarıblar.

1 ay belində bıçaqla yaşadı – Xəbəri olmadı

Kolumbiyada cərrahlar 19 yaşlı oğlanın belindən bıçaq tiyəsi çıxarıblar.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı Conni Cunior Paçeko Molinares belində bıçaq tiyəsinin qalmasını yalnız bir ay sonra öyrənib.

Gənc bıçaq zərbəsini dava zamanı alıb. Lakin, o, nəfəs almaqda problem yaşayana qədər heç bir narahatlıq hiss etməyib.

İyunun 25-də Conni xəstəxanaya müraciət edib və o, rentgen müayinəsi olunub.

Nəticədə həkimlər gəncin belində 14 sm uzunluğunda bıçaq tiyəsi aşkar ediblər. Həyati vacib orqanları zədələməyən tiyə əməliyyat zamanı götürülüb.

Cərrah müdaxiləsindən bir saat sonra gənc evinə gedib.

Aydan Axundova