- Köhnə - Maraqlı
- 30 İyun 2015 19:09
- 6 962
İki interfeysli ödəniş kartı hazırlandı
Mobil sənayenin identifikasiya və təhlükəsizlik xidmətləri provayderi Oberthur Technologies (OT) "ICA Banken" isveç bankı ilə birgə İsveçdə iki interfeysli ilk ödəniş kartını yaradıb.
AZƏRTAC xəbər verir ki, "ICA Banken" və OT yaxın gələcəkdə iki interfeysli 500 min kart buraxacaq. Bu kartlar "ICA Banken" müştəriləri üçün əlçatan olacaq. Yeni ödəniş kartı təmassız texnologiyaya əsaslanan daha inkişaf etmiş sistemə sahibdir.
Qeyd edək ki, keçən il OT şirkəti iki interfeysli yeni MasterCard kartı yaratmışdı.