Məmməd Araz və Nüsrət Kəsəmənlinin şeirlərini oğurlayaraq öz kitabında nəşr etdirməkdə ittiham olunan şairə ətrafında söz-söhbətlər səngimək bilmir. O, günahı özündə deyil, kitabın redaktorunda gördüyünü bildirsə də, oğurluq faktına görə üzr istəyəcəyini deyib. Məmməd Araz və Nüsrət Kəsəmənlinin şeirlərini oğurlayaraq öz kitabında nəşr etdirməkdə ittiham olunan şairə ətrafında söz-söhbətlər səngimək bilmir. O, günahı özündə deyil, kitabın redaktorunda gördüyünü bildirsə də, oğurluq faktına görə üzr istəyəcəyini deyib.

Rəşad Kəsəmənli: “Şeirləri oğurlamayıbsa, niyə təşvişə düşüb?”

Məmməd Araz və Nüsrət Kəsəmənlinin şeirlərini oğurlayaraq öz kitabında nəşr etdirməkdə ittiham olunan şairə ətrafında söz-söhbətlər səngimək bilmir. O, günahı özündə deyil, kitabın redaktorunda gördüyünü bildirsə də, oğurluq faktına görə üzr istəyəcəyini deyib.


Lakin Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli P.Əliyevanın üzr istəməli olmadığını düşünür. AzNews.az-a danışan şair oğlu etmədiyi bir şeyə görə Pünhanə Əliyevanın məsuliyyət daşımadığını bildirib: "Pünhanə xanım çox nahaq yerə üzr istəyir. Əgər o, bunu etməyibsə, qəti şəkildə üzr istəməsin. O, boynuna alır ki, mən bu hərəkəti bilərəkdən etmişəm? Kitabın müəllifi niyə təşvişə düşüb? Biz demirik ki, bunu Pünhanə xanım edib. Niyə camaatın günahını boynuna alır? Kim bu hərəkəti edibsə o da ifşa olunacaq".

R.Kəsəmənli atasının şeirlərinin oğurlanması faktı ilə bağlı toplanan sənədlərin məhkəməyə təqdim olunacağını deyib: "O, şübhələndiyi adamı ortaya çıxarsın ki, məhkəmədə işfa olunsun. Biz həmin adamaların şeirləri hansı məqsədlə kitaba saldıqlarını öyrənmək istəyirik. Burada söhbət təkcə Məmməd Araz, Xəlil Adgözəlzadə, Xatirə Xatunun şeirlərindən getmir, bütövlükdə ədəbiyyatdan gedir. Məsələni üzrlə yola vermək olmaz. Bu, artıq "ağ etmək"dir. Söhbət həmin xanımdan deyil, ədəbiyyatın murdarlığa yuvarlanmasından gedir. Artıq ədəbiyyata barmaq arası baxılır. Sovet dövründə belə bir şeylə rastlaşmaq mümkün deyildi. Ədəbiyyatı o qədər boş buraxıblar ki, savadsızlar düşüb ortaya. Aləm qarışıb, oğurluq da boğazdan. Biz bunu ifşa etməsəydik, 10 ildən sonra heç kəsə sübut edə bilməyəcəkdik ki, şeirlərin müəllifi Nüsrət Kəsəmənlidir. Hər şey pulun başındadır. Bir adamın ki, nəşrə gedən kitabından xəbəri yoxdur o, millət vəkilliyinə necə namizəd olub?

Mənim o xanımla şəxsi ədavətim yoxdur. Hələ mən özüm bir xanıma qarşı bu yolu tutduğuma görə xəcalət çəkirəm. Kişi olsaydı daha betərini edərdim. Lakin məhkəmə olacaq və biz oğrunu qanun qarşısında ifşa edəcəyik, vəssalam".

Bahar RÜSTƏMLİ
AzNews.az