Əcnəbi mütəxəssislər aktyorlara dərs deyəcək

Noyabrın 7-də II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vaisin (Kanada) aparacağı seminar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək.

Xorvatiyalı İvitsa Simiçin rejissor sənətinə həsr olunmuş seminarı isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunacaq.

Bahar Rüstəmli
AzNews.az