O, bundan sonra İstanbulda yaşayacaq O, bundan sonra İstanbulda yaşayacaq

Tanınmış prodüser Azərbaycanı tərk etdi

O, bundan sonra İstanbulda yaşayacaq



Milli.Az xəbər verir ki, ərsəyə gətirdiyi televiziya layihələri ilə Azərbaycan tamaşaçılarına yaxşı tanış olan tanınmış türkiyəli prodüser Kemal Cenk İçten bir aya yaxındır ki, Bakını tərk edib.

İstanbula qayıdan Cenk bəy əməkdaşımızın telefon zənginə cavab verib Türkiyəyə qayıtmasına belə şərh verdi: "İki böyük layihəni gerçəkləşdirmək üçün İstanbula gəldim. Çox ciddi və iri həcmli layihə olduğu üçün Türkiyədə olmağım şərt idi. Bircə onu deyə bilərəm ki, Azərbaycanla əlaqəsi var və tamaşaçılar 2013-cü ildə, sözün yaxşı mənasında, şok yaşayacaqlar".

C.İçten onu da əlavə etdi ki, yaxın aylarda mütləq yolunu Bakıdan salacaq. Çünki onun 17 ili məhz vətənimizdə keçib.

AzNews.az