Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının ictimaiyyətə təqdim olunması prosesi davam edir. Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının ictimaiyyətə təqdim olunması prosesi davam edir.

“Kitabi-Dədə Qorqud”un 25 dilə tərcümə olunmuş boyu – AzNews.az-a təqdim olundu

Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının ictimaiyyətə təqdim olunması prosesi davam edir.

Bu dəfə kitab AzNews.az-ın redaksiyasına təqdim olunub. Prezident yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu redaksiya heyətinə bağışlanan kitab barədə ətraflı məlumat verib. Bildirib ki, kitab peşəkar mütəxəssislər tərəfindən alman, avar, çin, erməni, ərəb, fars, fransız, gürcü, hind, xınalıq, ingilis, italyan, kürd, ləzgi, macar, rus, talış, tat, türk, udi, ukrayna, yapon, yəhudi, yunan dillərinə tərcümə olunub: "Bu günə qədər Azərbaycanın bir çox bölgələrində təqdimatı keçirilən kitab rəsmi qurumlara, elm və təhsil müəssisələrinə, ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinə, əhali qruplarına hədiyyə olunub, nəşr barəsində onlara ətraflı məlumatlar verilib".

Məlumat üçün bildirək ki, kitaba ətraflı ön söz yazmış Fridrix fon Dits yeni aşkar edilmiş Oğuz siklopunu Homerin qədim siklopu ilə müqayisə edib. 52 bənddən ibarət olan müqayisəli ön sözü oxuyanda məlum olur ki, "Kitabi-Dədə Qorqud" dastanı Homer üçün mənbə rolunu oynayıb, sadəcə birinci dastan elm aləminə ikincidən gec tanıdılıb. Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı "Kitabi-Dədə Qorqud" dastanının 12 boyundan biri "Basatın Təpəgözü öldürdüyü boyu" 25 dildə nəşr olunan bu kitabda olduğu kimi, Oğuz tayfalarının dilində nəşr olunub. Bununla yanaşı, kitabın nəşri Henrix Fridrix fon Ditsə və bütün qorqudşünaslara dərin ehtiram və məhəbbəti əks etdirir.