Akademik Milli Dram Teatrının kollektivi Hacıqabulda “Xəcalət” tamaşasını nümayiş etdirib. Akademik Milli Dram Teatrının kollektivi Hacıqabulda “Xəcalət” tamaşasını nümayiş etdirib.

Hacıqabulda “Xəcalət”

Akademik Milli Dram Teatrının kollektivi Hacıqabulda “Xəcalət” tamaşasını nümayiş etdirib.


Azdramanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, teatr sözügedən rayonun tamaşaçıları qarşısında yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət" tamaşası ilə çıxış edib.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. İki hissəli müasir dram olan "Xəcalət" tamaşasında rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.



Bahar RÜSTƏMLİ
AzNews.az