Həmyerlimizin Fransada sərgisi açıldı

Fransanın Lion şəhərindəki MAPRA müasir incəsənət mərkəzində azərbaycanlı rəssam Nail Nadir Ələkbərovun növbəti sərgisi açılıb.

Sərgidə MDA-Fransa Rəssamlar Evinin vitse-prezidenti, məşhur rəssam-heykəltaraş Alain Lovato iştirak edib. Sərgi noyabrın 22-dən dekabrın 8-nə qədər davam edəcək.

Qeyd edək ki, N.N.Ələkbərov Əzim Əzimzadə adına Rəssamlıq Kollecini, Azərbaycan Rəssamlıq Akademiyasını bitirib, Fransanın Limoj şəhərindəki Dövlət Ali Rəssamlıq Məktəbində və Liondakı Lumier Universitetində təhsil alıb. Fransa Mədəniyyət Nazirliyinin rəssamlıq diplomunu alıb.

Bahar Rüstəmli
AzNews.az