Oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində norveçli piano ifaçısı Tord Qustavsen və kvarteti konsert proqramı ilə çıxış edib. Oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində norveçli piano ifaçısı Tord Qustavsen və kvarteti konsert proqramı ilə çıxış edib.

Məşhur Noveç pianoçusu Bakıda konsert verdi

Oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində norveçli piano ifaçısı Tord Qustavsen və kvarteti konsert proqramı ilə çıxış edib.


Konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutub.

İfaçının səhnədə səsləndirdiyi caz nömrələri maraqla qarşılanıb.

Təqdim olunan kompozisiyalar həqiqi musiqi zərifliyini qoruyaraq daha çox harmonik şəkildə olması ilə seçilib. Səslənən musiqi nömrələrində istedadlı ifaçı üslub və ritmlərin mükəmməl sintezini ustalıqla canlandırıb.

Müxtəlif janrların sintezindən ibarət universal musiqi üslubunun nümayiş olunduğu konsert proqramı maraqla qarşılanıb.

Azərtac