“Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Xankəndi şəhərinin şəhid ailələri və məcburi köçkünlərinin yaşam mücadiləsindən bəhs edən sənədli film təqdim edib. “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Xankəndi şəhərinin şəhid ailələri və məcburi köçkünlərinin yaşam mücadiləsindən bəhs edən sənədli film təqdim edib.

“Xankəndi” sənədli filmi təqdim olundu

“Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi Xankəndi şəhərinin şəhid ailələri və məcburi köçkünlərinin yaşam mücadiləsindən bəhs edən sənədli film təqdim edib.



Milli Məclisin deputatı Flora Qasımova açıqlamasında filmlə bağlı təəssüratlarını bölüşüb.

"Bu gün "Yaşam mücadiləsi" filmi nümayiş olundu. 20-25 dəqiqəlik filmdə xankəndlilərlə bağlı məsələlər işıqlandırılmışdı. Filmdə şəhid ailələrinin yaşam tərzi, dövlətin köçkünlərə diqqət və qayğısından bəhs olunurdu. Qısa olsa da təsirli film idi. Filmdən sonra iştirakçılarla birgə geniş müzakirələr apardıq. Hər birimiz inanırıq ki, yaxın zamanlarda torpaqlarımız işğaldan azad ediləcək və bayrağımız Qarabağda, Şuşada, Xankəndində dalğalanacaq"
Qeyd edək ki, "Yaşam Mücadiləsi" sənədli filminin məsləhətçisi millət vəkili Flora Qasımova, ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur.

Modern.az