- Köhnə - Mədəniyyət
- 9 Dekabr 2012 08:18
- 4 228
“İsa müəllimin qayıdışı inqilab ola bilər”

Aktyor Əbdül Mahmudbəyov AzNews.az-a açıqlamasında İsa Hüseynovu bəşəriyyətin yazıçısı adlandırdı: "Mən Allahdan arzu edərdim ki, İsa Hüseynov kimi bir şəxsiyyət Azərbaycan kinosuna qayıtsın. Və qayıtmağı ilə yanaşı kinoya bir qələm çalsın. Ondan böyük peşəkarlıq, Azərbaycan xalqına xidmət ola bilməz. Bəlkə İsa Hüseynovun gəlişi suları duruldar, özfəaliyyət yoluna düşər. Ölkədə, xüsusilə, mədəniyyətdə olan eybəcərliyə alternativ ölçü yoxdur. İsa kimi şəxsiyyətlər yüksək mənəviyyat, peşəkarlıq nümayiş etdirsə, özfəaliyyət də ortadan çəkilər. Xalq görər ki, yaxşı nədir, pis nədir. Bu gün yaxşı yoxdur, lağlağı var. Aləm bir-birinə qarışıb. Qazanclar, şəxsi maraqlar torpağı da yaddan çıxarıb. İsa müəllimin böyük kinoya qayıdışı, yaxud da onun qələmindən çıxan ssenarinin gündəmə gəlməsi, ən nəhayət, reallaşması inqilab ola bilər".
Bahar Rüstəmli
AzNews.az