Kollektiv bu dəfə İran İslam Respublikasında səfərdə olacaq Kollektiv bu dəfə İran İslam Respublikasında səfərdə olacaq

Akademik Milli Dram Teatrı festifala gedir

Kollektiv bu dəfə İran İslam Respublikasında səfərdə olacaq




23 yanvardan 29 yanvara kimi davam edəcək səfər 31-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirak məqsədi daşıyır. İran İslam Respublikası, İtaliya, İsveçrə, Polşa, Macarıstan, Cənubi Koreya, Livan, Avstraliya və digər dövlətlərin teatr kollektivlərinin iştirak etdiyi festivalda Azərbaycan Afaq Məsudun əsəri əsasında hazırlanmış "Qatarın altına atılan qadın" tamaşası ilə çıxış edəcək. Onu da qeyd edək ki, təşkilat komitəsi festivalda iştirak üçün məhz bu tamaşanı seçib.
Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Nazim Bəykişiyev, bəstəkarı və aranjemançısı Vüqar Camalzadədir. "Tragikomediya" janrında təqdim edilən tamaşada Kəmalə Hüseynova, Cəfər Əhmədov, Pərviz Bağırov, Kazım Abdullayev, Hicran Nəsirova, aktyorlar Rəşad Bəxtiyarov və başqaları oynayacaq.

Bahar Rüstəmli
AzNews.az