“Bu yaşımda millət dərsini Cümşüddən öyrənəsi deyiləm” - QARŞI TƏRƏF


"Kaş bu millətin üzü qarası biz, üzü ağı Cümşüd Nuriyev olaydı. Onun fəaliyyəti mənə və xalqa yaxşı məlumdur".

Bunu AzNews.az-a açıqlamasında xalq yazıçısı Əkrəm Əylisi Cümşüd Nuriyevin saytımızda gedən köşəsinə münasibət bildirərkən deyib. Ə.Əylisli hesab edir ki, onun əsərinin barəsində ancaq bədii ədəbiyyatdan xəbəri olanlar fikir mübadiləsi apara bilər:

"Bizim üzü ağlığımız elə Cümşüd Nuriyev kimilər olsun. Mən Cümşüd Nuriyevi bu millətin üzü ağlılığının bir dəlili kimi görmək istəyərdim. Kaş ki belə olaydı. Amma hamı bilir ki...Bu bədii əsərdir. Bədii əsəri kim gəldi, istədiyi kimi, özü də ayaq üstə təhlil eləmək düzgün deyil. Bu nə məqalədir, nə də tarixi oçerk. Mən hamının fikrinə hörmətlə yanaşıram. Amma mən arzu edərdim ki, o fikirləri bədii ədəbiyyatın xəbəri olan insan desin. Millətimin şərəfini, ləyaqətini tapdalamaq istəyənlərin cavabını verməyə həmişə hazıram. Bu yaşımda millət dərsini Cümşüddən öyrənəsi deyiləm".

Bahar Rüstəmli
AzNews.az