Heydər Əliyev Sarayı yeni müsabiqə keçirir



Heydər Əliyev Sarayının təşəbbüsü ilə "Zirvələrə doğru" konsert-müsabiqə layihəsi keçirilir.
Bu barədə AzNews.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib. O, qeyd edib ki, müsabiqədə 16 yaşdan, 30 yaşadək olan gənclər – səsi, musiqi alətinlərində ifaçılıq bacarığı, aktyorluq, bədii qiraət, janqlyorluq janrında istedadı olanlar və kiçik xor kollektivləri iştirak edə bilərlər.
Müsabiqənin birinci seçim turu üçün müraciətlər fevralın 1-dən 20-dək qəbul olunacaq.
Seçim turlarının sonunda müəyyən ediləcək tarixdə Heydər Əliyev Sarayında daha istedadlı iştirakçıların böyük konsert proqramı keçiriləcək. Arzu edənlər müsabiqənin təşkilat komitəsinə müraciət edə bilərlər.
Təşkilat Komitəsinin əlaqələndiricisi Sarayın rejissoru Sədaqət Cəfərovadır.

Fuad Mədətov
AzNews.az