“Müalicəm davam edir, özümü yaxşı hiss edirəm” “Müalicəm davam edir, özümü yaxşı hiss edirəm”

Arif Quliyev səhhətindən danışdı

“Müalicəm davam edir, özümü yaxşı hiss edirəm”




Xalq artisti Arif Quliyevin səhhəti normallaşıb. APA-nın xəbərinə görə, A. Quliyev müalicəsinin ev şəraitində davam etdiyini deyib: "Həmin gün canlı efirdən qabaq ürəyimdə narahatlıq var idi. Belə olacağını bilmirdim. Hazırda evdə müalicə alıram. Buna görə də, işlərimə bir müddət fasilə vermişəm".

Qeyd edək ki, fevral ayının 5-də ATV telekanalının canlı yayımlanan verilişinə qonaq olan aktyorun qəflətən halı pisləşib. Teleşirkətə təcili tibbi yardım çağırılıb.

AzNews.az