Ötən ay Azərbaycanda neçə cütlük boşanıb? - AÇIQLAMA

Yanvar ayı ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub.

Ədliyyə Nazirliyindən bildirilib ki, cari ilin yanvar ayı ərzində 2914 nikah qeydə alınıb.

Bildirilib ki, bu dövr ərzində 1779 nikah pozulub.

" 2026-cı ilin yanvar ayı ərzində 6243 ölüm qeydə alınıb", məlumatda bildirilir.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb. Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə ölüm hallarının sayı isə 54582 olub./trend

Aznews.az