Mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun anım günü ilə bağlı nəzərdə tutulan tədbir təxirə salınıb. Mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun anım günü ilə bağlı nəzərdə tutulan tədbir təxirə salınıb.

Əməkdar artistin oğlu atasının dostlarına səsləndi: “Heç kimə ehtiyacım yoxdur”

Mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun anım günü ilə bağlı nəzərdə tutulan tədbir təxirə salınıb.

Bunu AzNews.az-a mərhumun oğlu Rəşid Kazımov bildirib. O, bunun səbəbini Bakıda olmaması ilə əlaqələndirib:

“Tələbəyəm, bir neçə imtahanım var. Ona görə atamın ad gününü təxirə saldım. İmtahanlardan sonra Bakıya gələcəm, böyüklərimlə məsləhətləşəcəm. Əgər lazım bilsələr atamın ad günü ilə əlaqədar nəzərdə tutulan tədbiri keçirəcəm. Çünki atam öləndən sonra biz hər il onun ad günün qeyd etmişik.”

Rəşid Kazımov qeyd edib ki, Məhəbbət Kazımov həmişə dostları tərəfindən yad edilir: “4 ildir ki, atam həyatda yoxdur. Yaxın dostları həmişə onun qəbrini ziyarət edir. Sağ olsunlar, atamın dostları çoxdur, amma tələbəyəm deyə gəlsinlər əl tutsunlar, kömək əllərini uzatsınlar və s. belə şeyi mən heç vaxt qəbul etmərəm. Heç kimə ehtiyacım yoxdur.”

Uyulun 2-si Əməkdar artist Məhəbbət Kazımovun ad günüdür. 64 yaşlı sənətkar 2014-cü ildə dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az