Türkiyədə əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Bakıya qayıdıb. Türkiyədə əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Bakıya qayıdıb.

Türkiyədə əməliyyat olunan diktor: "Yaxşı nəticə gözləmirəm"

Türkiyədə əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Bakıya qayıdıb.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Sənətkar özünü yaxşı hiss etdiyini deyib:

“Analizlər götürülüb. Bu ayın içərisində cavabları açıqlanacaq. Səhhətimin necə olacağı onların cavablarına bağlıdır. Amma bütün bunlara baxmayaraq, yaxşı nəticə gözləmirəm. Yəni, bundan sonra yaxşı olası nəsə yoxdur."

Rafiq Hüseynov hazırda evdə olduğunu və işə çıxmadığını bildirib.

Xalq artisti bir neçə gün əvvəl Türkiyədə ikinci dəfə bağırsağından əməliyyat olunub. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ

AzNews.az