"Evdə tək" filmində Kevinin atası rolunu oynayan Con Herd 72 yaşında dünyasını dəyişib. "Evdə tək" filmində Kevinin atası rolunu oynayan Con Herd 72 yaşında dünyasını dəyişib.

"Evdə tək" filminin ulduzu oteldə ölü vəziyyətdə tapıldı - Foto

"Evdə tək" filmində Kevinin atası rolunu oynayan Con Herd 72 yaşında dünyasını dəyişib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun yaxınlarının verdiyi məlumata görə, o, otel otağında tək-tənha vəfat edib. Onun meyitini isə otelin xadiməsi aşkar edib.

Con uzun müddət həkim nəzarətində idi. O, onurğa sistemindəki ağrılardan əziyyət çəkirdi. O, müalicə almaq üçün Stanford Medical Center xəstəxanasına müraciət edib. Müalicəsini davam etdirmək üçün xəstəxananın yaxınlığındakı oteldə yaşayırdı.