Bu gün festivalın proqramına uyğun olaraq iyulun 30-da festivalın üç konserti və rəsmi açılış mərasimi olacaq. Bu gün festivalın proqramına uyğun olaraq iyulun 30-da festivalın üç konserti və rəsmi açılış mərasimi olacaq.

Bu gün IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olacaq

Bu gün festivalın proqramına uyğun olaraq iyulun 30-da festivalın üç konserti və rəsmi açılış mərasimi olacaq.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu gün saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqress Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olacaq. Konsertdə “Furioso” kvarteti musiqisevərlərə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Həmçinin, bu gün Şəki şəhərində Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin möhtəşəm konserti olacaq. Axşam saat 21:00-da isə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində beynəlxaq musiqi festivalının rəsmi açılış mərasimi olacaq. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti olacaq.