- Köhnə - Mədəniyyət
- 19 Sentyabr 2017 11:53
- 13 866
Fuad Poladov xəstəliyindən danışdı: “Xərçəngəm”
Azərbaycanın Xalq artisti Fuad Poladovda xərçəng xəstəliyi aşkarlanıb.
Sənətkar AzNews.az-a açıqlamasında bildirib ki, hazırda Milli Onkologiya Mərkəzindədir:
“Müalicə gedir. Həkimlər deyir ki, müalicə prosesi davam etməlidir. Hər kəsə təşəkkür edirəm”.
Fuad Poladov uzun zamandır ki, boğazında yaranan problemlərdən əziyyət çəkir və bu səbəbdən də danışa bilmir.
Bahar RÜSTƏMLİ
AzNews.az