Bu gün əməkdar artist, mərhum sənətkar, Akademik Milli Dram Teatrının sabiq aktyoru Telman Əliyevin ad günüdür. Bu gün əməkdar artist, mərhum sənətkar, Akademik Milli Dram Teatrının sabiq aktyoru Telman Əliyevin ad günüdür.

Əməkdar artistin nəvəsindən kədərli sözlər: “Ad günündür və sən yoxsan…”

Bu gün əməkdar artist, mərhum sənətkar, Akademik Milli Dram Teatrının sabiq aktyoru Telman Əliyevin ad günüdür.

AzNews.az xəbər verir ki, 69 yaşında vəfat etmiş aktyorun nəvəsi Heydər Əliyev onun yoxluğu ilə hələ də barışa bilmir:

“Canım babam. Sənin ad günündür və sən yoxsan… tez bir zamanda babasız qalacagımı düşünməmişdim... məkanın cənnət olsun, baba”.

Qeyd edək ki, əməkdar artist Telman Əliyev 2014-cü ildə “Direktor “Azdrama”nı məhv edir” başlıqlı müsahibəsinə görə Akademik Milli Dram Teatrından uzaqlaşdırılıb. Ondan sonra aktyorun səhhətində problem yaranıb. O, 2017-ci il iyulun 4-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az