ANS rəhbərliyi: “Yoxsa, dava salaq?”



Rafael İsgəndərovla Coşqun Rəhimov cütlüyü "Bu şəhərdə"nin yeni layihəsini təqdim etdi. "Ər işdə" adlanan konsertdə Rafaellə Coşqun ANS televiziyasına və onun prezidenti Vahid Mustafayevə sataşıb. Onun ekranlaşdırdığı və son günlər ən çox müzakirə mövzusuna çevirilən "Xoca" filminə də toxunan sənətçilər "Çəkdiyi film də, onun mahnısı da plagiatdır"-deyiblər.

ANS şirkətlər qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov AzNews.az-a açıqlamasında bildirdi ki, ANS telekanalı işləyir, "Bu şəhərdə" isə kef çəkir: "İndi zəmanə belədir, kim nə istəyir onu da edir. Qoy desin də, kiminsə ağzını bağlayacayıq ki? Yoxsa dava salaq? Biz işləyirik, onlar da kef çəkirlər".

Bahar Rüstəmli
AzNews.az