Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı təqdim edilib. Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı təqdim edilib.

Filarmoniyada Beynəlxalq Qadınlar Günü ilə bağlı konsert keçirilib - Foto

Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı təqdim edilib.

AzNews.az istinadən xəbər verir ki, tədbir "Gənclərə dəstək" layihəsi çərçivəsində reallaşıb.

Konsertdə Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Gecədə görkəmli bəstəkarlar Hacı Xanməmmədovun “Arfa üçün konsert”, Azər Rzayevin “Düşüncə”, Süleyman Ələsgərovun “Tarantella”, “Rəqs-tokkata”, “Şaloxo”, “Aşıqvarı”, “Poema”, Nazim Əliverdibəyovun “Elegiya”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Vasif Adıgözəlovun “Qərənfil”, Həsən Rzayevin “Çahargah rapsodiyası” əsərləri, o cümlədən “Qarabağ şikəstəsi” səsləndirilib.

Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri də çıxış ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.