Aktyorlar teatr günündə mitinqə gediblər




Martın 10 Azərbaycanda Milli Teatr günü kimi qeyd olundu. Maraqlıdır ki, teatr adamları bu bayramı necə qeyd etdilər?

Bakı Bələdiyyə Teatrının aktyoru, əməkdar artist Aydın Əliyev AzNews.az-a açıqlamasında nu günü bayram edənləri dəli adlandırdı: "Dəliyə həmişə bayramdı. Bizdə belə bayramlar çoxdur."

Əməkdar artist İlqar Cahangirin sözlərinə görə, onun üçün əsas teatr bayramı deyil, əsgər ölümünə son aksiyasının uğurla keçməsidir: "Mənim üçün bu il martın 10-u əsgər ölümünə son aksiyasının uğurla keçməsidir"

Bahar Rüstəmli
AzNews.az