Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə "ARB Aran" və "Qulp Studio"nun çəkdiyi "Xocalı dərsi" sənədli filminin təqdimatı olub. Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə "ARB Aran" və "Qulp Studio"nun çəkdiyi "Xocalı dərsi" sənədli filminin təqdimatı olub.

"Xocalı dərsi" filminin təqdimatı oldu - Fotolar

Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə "ARB Aran" və "Qulp Studio"nun çəkdiyi "Xocalı dərsi" sənədli filminin təqdimatı olub.

AzNews.az bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Mətbuat xidmətinə istinadən xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filimdə "Xocalı soyqırımı, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabındakı faktlardan istifadə olunub.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, KİV qurumlarının rəhbərləri, baş redaktorlar, QHT nümayəndələri, Xocalı sakinləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik "Xocalı dərsi" filmində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığı göstərilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilir.

Təqdimat mərasimində çıxış edən Ə.Mehdiyev deyib ki, saxta sovet ideologiyası nəticəsində tariximiz unudulub, gənc nəsillər bu həqiqətlərdən zamanında xəbər tuta bilməyib: "Bunun da acı nəticələrindən biri azərbaycanlılara qarşı bu faciələrin, etnik soyqırımların yenidən törədilməsidir. Erməni faşistlərinin törətdikləri bu əməllərin ifşa olunması üçün çox işlər görülür. Azərbaycan prezidenti də bu ilin yanvarında müvafiq Fərman imzalayıb. Bu istiqamətdə KİV-in və QHT-lərin fəaliyyətləri də öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası soyqırımın tanınmasında mühüm əhəmiyyət daşıyır. İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-ın 20-dən çox ştatı və bir çox ölkələr bu soyqırımı tanıyıb".

Ə.Mehdiyev gələcəkdə "Xocalı dərsi" sənədli filminin əsasında bədii film də çəkilə biləcəyini qeyd edib.

Daha sonra "Xocalı dərsi" sənədli filmi nümayiş olunub. Sənədli filmdə Azərbaycan Prezidentinin köməkçisi Ə.Həsənov Xocalı soyqırımının dünyada tanıdılması və erməni faşistlərinin cəzalandırılmasının zəruriliyi barədə fikirlərini bölüşür, "Xocalıya ədalət!" kampaniyasını yüksək qiymətləndirir.

Məhz bu tədbirlərdən sonra Ankara, Berlin, İzmir, İzmit, Kocaeli, Sakarya, Uşak, Sarayevo, Haaqa, Mexikoda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş abidələr qoyulub, soyqırımın Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Şotlandiya, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, İndoneziya, ABŞ-ın 24 ştatı tərəfindən tanınıb və pislənilib.

Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecə dörd gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan da söhbət açılır. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq, dinc əhalinin başına gətirilən müsibətlərdən danışır, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini deyir.

Xocalıdan olan ailənin sağ qalan üzvlərini erməni qəsbkarları əsir götürür, bir müddət saxlanıldıqdan sonra Azərbaycan tərəfinin danışıqları nəticəsində onlar azad edilirər.

Sonda filmin yazıldığı disk iştirakçılara paylanılıb.

image description image description image description image description image description image description