Bələdiyyə teatrından şad xəbər

Bakı Bələdiyyə Teatrından şad xəbər. Sözügedən mədəniyyət ocağı beynəlxalq teatr şəbəkəsi olan IETM-ə (Informal European Theatre Meeting) üzv olub



Teatrın bədii rəhbəri Amaliya Pənahovanın sözlərinə görə, Azərbaycan teatrını beynəlxalq arenada təmsil etmək üçün belə təşkilatlarda iştirak etməsi çox vacibdir. Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı IETM-də təmsil olunan yeganə teatrdır.

Bahar Rüstəmli
AzNews.az