Bakıda “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “PARTICIPATE” Baku Public Art” festivalı açılıb Bakıda “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “PARTICIPATE” Baku Public Art” festivalı açılıb

“Baku Public Art” festivalı- FOTOLAR

Bakıda “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “PARTICIPATE” Baku Public Art” festivalı açılıb




AzərTac-ın verdiyi xəbərə görə, festivalın açılış mərasimində "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxış edərək qeyri-kommersiya təşkilatının ötən il keçirdiyi "012 Baku Public Art" festivalı və həmçinin təqdim olunan yeni layihə haqqında məlumat verib. O, bildirib ki, 21 rəssamın iştirak etdiyi əvvəlki festivalda qarşıya qoyulan məqsədə nail olunmuş, müasir incəsənət əsərləri paytaxtımızda geniş ictimaiyyətə təqdim edilib.

Yeni təqdim olunan "PARTICIPATE" Baku Public Art" festivalı isə Azərbaycan və xarici rəssamların 10 əsərini əhatə edir. Layihənin məqsədi müasir şəhərlər üçün "Public Art"ın rolu və əhəmiyyəti haqqında müəyyən təsəvvürləri təkmilləşdirmək, həmçinin Azərbaycanda müasir incəsənət anlamını daha da dərinləşdirməkdir.

Aida Mahmudova bildirib ki, Azərbaycan, Rusiya, Böyük Britaniya, ABŞ, Gürcüstan və Hollandiyadan olan rəssamların əsərləri növbəti altı ay ərzində şəhərimizin müxtəlif yerlərində nümayiş etdiriləcəkdir.

Festivalın əsərləri sırasına ABŞ-dan "Rebar" yaradıcı qrupunun səyyar, fiziki güc ilə hərəkət etdirilə bilən park – "Parkcycle", Hollandiyadan Florentin Hofmanın hava ilə doldurulmuş nəhəng "Rezin ördək" və Azərbaycandan Afət Bağırovanın fəlsəfi-etiraf əsərləri və s. daxil edilmişdir.

Festivalı xarakterizə edən əsas cəhətlərdən biri də onun mühazirələrlə, seminarlarla, ustad dərsləri ilə müşayiət olunması və burada tamaşaçıların iştirakıdır.

Festivalda Azərbaycandan Afət Bağırova, Çingiz Babayev, Fərhad Haqverdiyev, Orxan Məmməd, Səbinə Şıxlinskaya, xarici ölkələrdən Nailə Allahverdiyeva (Rusiya), "Rebar" qrupu (ABŞ) "Bulyon" qrupu (Gürcüstan), Florentijn Hofman (Hollandiya), Patrisio Forester və Artmongers (Böyük Britaniya) iştirak edəcəklər.

"PARTICIPATE" Baku Public Art" festivalı 6 ay ərzində texniki üslubuna və mənasına görə fərqlənən çoxsaylı ictimai tədbirlər keçirməklə Bakı şəhərində müəyyən dəyişiklər etmək qərarına gəlib.

AzNews.az
image description image description image description image description image description image description image description