Opera və Balet Teatrının ifaçısı Stokholmda Azərbaycanı təmsil edib

Opera və Balet Teatrının istedadlı ifaçısı Taleh Yəhyayev Stokholmda Azərbaycanı təmsil edib.

AzNews.az xəbər verir ki, ötən həftə Azərbaycan diaspor fəalları Stokholmda Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan tədbir çərçivəsində ölkəmizin musiqisini, mədəniyyətini nümayiş etdirmək üçün tədbir keçirilib.

Konsert İsveçin paytaxtı Stokholmda baş tutub. Orada iki konsert proqrammı ilə çıxış edən Azərbaycanlı ifaçı eyni zamanda, Azərbaycan Cümhuriyyətinin 100 iliyi ilə əlaqədar növbəti konsertdə öz repertuarından rəngarəng mahnıları ilə xaricdəki Azərbaycanlılara və Stokholm sakinlərinə xoş anlar yaşadıb.

Konsertdən sonra öz təəssüratlarını bizimlə bölüşən ifaçı konsert proqramının maraqlı və rəngarəng keçdiyini qeyd etdi:

“Konsertdə yerli mahnılarla bərabər xarici repertuara da müraciət etdim. Belə ki, Avropa klassik əsərləri ilə yanaşı, dəyərli sənətkarlarımız Elza İbrahimovanın, Tofiq Quliyevin, Üzeyir Hacıbəylinin əsərləri və xalq mahnıları ilə çıxış etdim. Solo konsertdə ifa etdiyim mahnılar tamaşaçılar tərəfindən rəğbət qazandı. Konsert təəssüratlarım çox zəngindir. Sizə onu deyə bilərəm ki, yenidən Stokholma dəvət aldım. Yenə konsert proqrammı ilə ora səfər edəcəyəm. Bu da milli bayramlarımıza təsadüf edəcək. Mənə bu şəraiti yaratdıqları üçün Mədəniyyət Nazirliyinə, Opera və Balet Teatrının rəhbərliyinə təşəkkürümü bildirirəm”.

İfaçı xarici səfərdən döndükdən sonra aprelin 28-də Gəncə Dövlət Filarmoniyasının konsert zalında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılış mərasimində də çıxış edib.

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə T.Yəhyayev “Koroğlu” operasından Həsən xan, Qara Qarayev, Cövdət Hacıyevin “Vətən” operasından Mərdanın ariyası, “Şah Qacar” operasından Aslan şah və Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Müslüm Maqomayevdən “Azərbaycan” əsərini ifa edib. İfaçını Azərbaycan Dövlət Simfonik orkestri ilə dirijor Xalq artisti Rauf Abdullayevin müşayiət edib.

image description image description image description image description