"Biz guya, Qaraçuxurda müvəqqəti məskunlaşacayıq" "Biz guya, Qaraçuxurda müvəqqəti məskunlaşacayıq"

Uşaq Teatrı Qaraçuxura “sürgün“ edilir

"Biz guya, Qaraçuxurda müvəqqəti məskunlaşacayıq"



Martın 19-da Hüseynqulu Sarabski adına Mədəniyyət evində fəaliyyət göstərən Bakı Uşaq Teatrının oradan çıxarılması barədə xəbər yaymışdıq. Bildirmişdik ki, mədəniyyət ocağının rəhbərinə daşınmaq üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vaxt verilib.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva ilə əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi: "Baş verənlərlə bağlı məlumatsızam. Amma bir onu deyə bilərəm ki, Bakı Uşaq Teatrının bizə aidyyəti yoxdur".

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan isə sözügedən ünvandan çıxarılması xəbərini təsdiqlədi:

"Bizə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirdilər ki, binadan çıxmalıyıq. Burada nəsə tikinti aparılacaq. Bizə isə yer təklif ediblər - Qaraçuxurdakı mədəniyyət evi. Onsuz da bu gözlənilən idi. Biz guya Qaraçuxurda müvəqqəti məskunlaşacayıq. Sonrası Allah kərimdir".

Bahar Rüstəmli
AzNews.az