Paytaxt teatr və konsert salonları Novruz bayramına necə hazırlaşıb? Paytaxt teatr və konsert salonları Novruz bayramına necə hazırlaşıb?

Teatrlarlarımızda Novruz

Paytaxt teatr və konsert salonları Novruz bayramına necə hazırlaşıb?



Bu gün Novruz bayramıdır

Hər il bu əziz bayramı hərə bir cür qeyd edir. Kimi rayona, kimi xarici ölkələrə, kimi istirahət bölgələrinə, kimi də mədəniyyət müəssisələrinə üz tutur. Bəs görəsən, paytaxt teatr və konsert salonları Novruz bayramına necə hazırlaşıb?

Bahar bayramı ənənəvi olaraq, İcərişəhər qapısından başlayacaq. Gəzinti milli parka kimi davam edəcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və Başı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan bayram şənliyi Dənizkənarı Milli Parkda martın 25-nə kimi davam edəcək. Şənliklərin bəzəyi isə bayramın əsas atrubutu olan Kosa ilə Keçəl olacaq. Yumurta döyüşündən sonra meydan estrada ulduzlarına veriləcək.

Akademik Milli Dram Teatrı da bayram əhval-ruhiyyəsindədir. Teatr rejissor Loğman Kərimovun quruluşunda "Qaraca qız" tamaşasını təqdim edəcək. Sözügedən bu tamaşa martın 19, 20, 21-də nümayiş olunacaq.
Bakı Dövlət Sirki isə bayrama bütün teatr ocaqlarından əvvəl start verib. Martın 16-dan etibarən Rusiya Dövlət Sirk ustaları Azərbaycanda qonaqdır. İki saatdan artıq davam edən proqramda dəniz yırtıcıları, qonur ayı, meymunlarla maraqlı nömrələr nümayiş olunacaq. Sirkdən bildirilən məılumata görə, bayram şənliyi ilə əlaqədar təşkil olunan şou proqram martın 16-dan 30-na kimi davam edəcək.

Gənc Tamaşaçılar Teatrı Novruz bayramı münasibəti ilə repertuarına yeni tamaşa daxil edib. Teatr bu bayramda rejissor və aktyor kimi tanınan Nicat Kazımovun quruluçunda Mikayıl Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılı əsasında "Kosa ilə Keçəlin Şəngül, Şüngül, Məngül" tamaşası səhnələşdirib. Teatrdan bildirilən məlumata görə, tamaşa martın 23-nə kimi nümayiş olunacaq.

Paytaxtın böyük bayram şənliyi Heydər Əliyev Sarayında baş tutacaq. Martın 23-24-də "Kosa və Keçəlin Novruz şərgüzəştləri" adlı konsert proqramında respublikanın uşaq kollektivləri, müxtəlif rəqs ansambılları iştirak edəcək. Heydər Əliyev Sarayı təkcə balacalar üçün deyil, həm də böyükləri əyləndirəcək. Bayram münasibəti ilə təşkil olunacaq konsertdə respublikanın sevilən sənətçiləri öz ifaları ilə tamaşaçıları salamlayacaq

Bakı Uşaq Teatrı da öz ənənəsinə sadiq qalıb. Yeri-yurdu olmasa da orada-burada məskunlaşan bu teatr ocağı bayram günlərində İçəri Şəhərdə olacaq. Kollektiv sözügedən bu məkanda "Bahar güldü, Xan gəldi" adlı məxsusi qurulan meydan tamaşası ilə heyranlarını əyləndirəcək. Teatrdan deyildi ki, sözügedən bu oyun eyni məkanda martın 20-dən 24-nə kimi oynanılacaq.

Bu bahar Kukla Teatrına düşərli olmadı. Teatr baş rejissor Rəhman Əlizadəni itirdi. Elə bu səbəbdən də teatr ocağı bayram şənliyi keçirməyəcək. Amma balaca tamaşaçıların istəyini nəzərə alan teatr bayram günlərində repertuarında olan köhnə tamaşalarla kifayətlənəcək.

Bahar Rüstəmli
AzNews.az