I Beynəlxalq Folklor Festivalı iştirakçıları ilə görüş keçirilib - Foto

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı I Beynəlxalq Folklor Festivalı çərcivəsində görüş keçirilib.

AzNews-un məlumatına görə, görüşdə Baş İdarənin əməkdaşları, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova, Hindistanın Bobby Rəqs Akademiyasının direktoru Aşiş Delivala, Gürcüstanın Vardiza rəqs qrupunun rəhbəri Camal Nadenadze və digər qonaqlar iştirak ediblər.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı onlar arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir.

Görüşdə Azərbaycan, Gürcüstan, Hindistan arasında mədəni əməkdaşlığın uğurla genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüş ərzində keçirilən festival haqqında müzakirələr aparılıb, gələcəkdə bu festivalın davam etdirilməsi xüsusi vurğulanıb. Qonaqlar festivalın təşkil olunmasına görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə öz təşəkkürlərini bildiriblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

image description image description image description