- Köhnə - Mədəniyyət
- 24 Avqust 2018 22:50
- 3 929
İncəsənətdə bir ilk - Süni zəka ilə... (Foto)

İngiltərənin Christie’s adlı hərracında bir ilk yaşanacaq.
AzNews.az Technote-a istinadən xəbər verir ki, hərrac evi öz tarixində ilk dəfə süni zəka tərəfindən çəkilmiş rəsm əsərini real insanların əl işləri ilə birlikdə satışa çıxardacaq. Obvious (açıq-aşkar ortada) adlı neyroşəbəkə tərəfindən çəkilmiş “Portrait of Edmond Belamy” rəsm əsəri hərraca çıxarılacaq.
Qeyd etmək lazımdır ki, bu süni zəkaya XIV və XX əsrlər arasında yaradılmış 15.000 portret rəsmləri vasitəsilə təlim keçiblər və daha sonra onu iki hissəyə ayırıblar. Beləliklə yaradıcı funksiyasını daşıyan birinci hissə obrazları yaradır, diskriminator funksiyasını daşıyan ikinci hissə isə onların doğruluğunu yoxlayırdı.
Bu proses insan tərəfindən yaradılmış obraz səviyyəsinə çatana kimi davam edib. Sözügedən rəsm əsəri kətan üzərində çəkilib və 23-25 Otyabr tarixlərində keçiriləcək hərracda satılacaq. Süni zəka tərəfindən yaradılmış rəsm əsəri 10.000$ qiymətində dəyərləndirilir.