Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Aktyoru rayon toyunda ürəyindən bıçaqladılar, vəziyyəti ağırdır - Foto

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kono və teleseriallarda çəkilib. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. O, Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az