4-9 oktyabr tarixlərində Bakıda DokuBaku 2018 Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. 4-9 oktyabr tarixlərində Bakıda DokuBaku 2018 Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

Bakıda Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

4-9 oktyabr tarixlərində Bakıda DokuBaku 2018 Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

AzNews.az-ın xəbərinə görə festival çərçivəsində dünyanın müxtəlif nöqtələrindən seçilmiş filmlər təqdim ediləcək.

Festivalın builki mövzusu “Kəsişmələr” adlanır.

DokuBaku 2018 Beynəlxalq Sənədli Film Festivalının əsas proqramda 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişi nəzərdə tutulub. Bu il uzunmetrajlı filmlərdən bir neçəsi müsabiqəyə göndərilən filmlərin arasından seçiləcək. Buna baxmayaraq, bu il də uzunmetrajlı filmlərin əsas hissəsi komanda üzvlərinin iştirak etdikləri festivallarda gördükləri filmlərin arasından seçilib.

Festival proqramına daxil olan uzunmetrajlı filmlərin əksəriyyəti Berlinale, Cinedoc Tbilisi, Krakow Film Festivalı, Trieste Science + Fiction kimi festivallardan nümayiş olunan filmlərin arasından seçilib.

Festival çərçivəsində izləyicilərə “Elmi Spektr” jurnalı ilə birgə hazırlanmış SciDocs adlı elmi-sənədli filmlərdən ibarət bölmə təqdim ediləcək.

AzNews.az