"Mən onu məhkəməyə vermişəm" "Mən onu məhkəməyə vermişəm"

“O mahnını məndən icazəsiz heç kim oxuya bilməz” - Bəstəkar müğənnini məhkəməyə verdi

"Mən onu məhkəməyə vermişəm"

Bunu AzNews.az-a bir sıra filmlərin musiqisini ərsəyə gətirmiş bəstəkar-ifaçı Sevinc Aqasi (Ağasiyeva) sözügedən mahnı ətrafında yaranmış qalmaqala aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, yaxın zamanlarda mahnı yeni aranjemanda klip versiyası ilə birlikdə təqdim olunacaq:

“Artıq bu mövsümdə həm də ifaçılıqla məşğul olacam. “Əziz müəllimim” adlı mahnımı yeni aranjimanda özüm ifa etmişəm. Çox təəssüf ki, mahnının müəllifi mən olduğum halda adım heç bir yerdə getməyib. Bu hardasa mənim öz günahımdır. Vaxtiylə mən ona önəm vermədim. Bundan bir başqaları istifadə etdi. “Əziz müəllimim” üçlükdə -Çinarə Məlikzadə, Leyla Ağamalıyeva və Sevinc Müsayevanın ifasında təqdim olunurdu. Çinarə sənətdən ayrıldı, Leyla isə dünyasını dəyişdi. Sonuncu isə bundan istifadə edib mahnını repertuarına saldı. Hazırda mən onu məhkəməyə vermişəm”.

Sevinc Aqasi vurğulayıb ki, qanun yolu ilə haqqını bərpa edəcək: “Məqsədim bütün mahnılarımı ondan geri almaqdır. Aramızda bir problem yaşandı, mənə maddi-mənəvi ziyan vurdu. Yaxın zamanlarda mən həmin müğəninin ifasında “Əziz müəllimim” mahnısını da “Youtube” kanalından sildirəcəm. Bütün radio və televiziya kanallarına rəsmi məktub ünvanlamışam. Mahnının rəsmi müəllifi hazırda özüməm. Müəllif Hüquqları Agentliyinin rəsmi sənədi əlimdədir”.
Sevinc hazırda əməkdar artist İlqar Muradovla yeni layihə üzərində işlədiyini qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description