Azərbaycanda yeni internet TV

İyulun 1-də "Visiontv.az" internet televiziyası fəaliyyətə başlayıb.

Televiziyanın təsisçisi və prezidenti Elvin Abbasov "Media forum" saytına deyib ki, "Visiontv.az"da 5 departament fəaliyyət göstərəcək: "Televiziyada 30-a yaxın işçi çalışır.

İcraçı direktor və baş redaktor Şöhrət Eldəniz, baş məsləhətçi Cəfər Dal, baş rejissor Natiq Axundov, xəbərlər departamentinin direktoru Zöhrab İbrahimov, müəllif verilişləri departamentinin direktoru Babək Göyüşov, əyləncəli verilişlər departamentinin direktoru Nicat Əlibəyli, reklam departamentinin direktoru Raci Quliyev, baş operator Mirtofiq Mirəlioğludur".

Elvin Abbasov qeyd edib ki, "Visiontv.az" internet televiziyası reklamlardan əldə olunan gəlirlə, verişlərin sponsorları vasitəsilə maliyyələşir: "Biz heç kimə bağlı olmayan, obyektiv televiziya olmaq niyyətindəyik. "Visiontv.az" açılış etmədən xeyli izləyici toplayıb. Hazırda saytımıza gündəlik 1000-dən çox giriş var".

Elvin Abbasov 10-a yaxın verilişin efirə çıxdığını vurğulayıb: "Geopolitika", "Mövqe", "Neft axar", "Ellər", "Şou" və başqa həftəlik verişlər efirə çıxır. "Xəbərlər" proqramı hər gün saat 17-də və 22-də efirə çıxacaq.

Hazırda Rusiya, Türkiyə, Şimali Kipr, Almaniyada rəsmi nümayəndəliyimiz yaradılır. Həmin ölkələrdə bizim üçün ofis və işçilər ayrılır. Ola bilsin, digər ölkələrin televiziyaları ilə də əməkdaşlığımız qurulsun. Rayonlarda çalışan jurnalistlərlə də əməkdaşlığımız var. Bölgələrdə baş verən hadisələr haqda materiallar hazırlayıb bizə göndərirlər".

AzNews.az
image description image description image description image description image description