- Köhnə - Mədəniyyət
- 15 İyul 2013 11:30
- 2 740
Şəfiqə Axundovanın səhhəti yaxşılaşır
Bunu AzNews.az-a xalq artistinin bacısı Rəfiqə Axundova bildirib.
Onun sözlərinə görə, Ş.Axundova xəstəxanada bir müddət qalmalı olacaq: "Hələ Şəfiqənin işi uzundur. Müalicə olunur. Allah həkimlərə kömək olsun, yaxşı baxırlar".
R.Axundova bacısının səhhəti ilə maraqlananlara da təşəkkürünü bildirib: "Mən inanmazdım ki, bacımın bu qədər sevənləri var. Bütün mediaya təşəkür edirəm. Sağ olun ki, onu unutmursunuz".
Bahar Rüstəmli
AzNews.az