Mirsalam “Space” kanalına getdi

"Hər səhər"inin siması bəlli oldu


"Space"də "Hər səhər" verilişinin sabiq aparıcısı Əkbər Əlizadəni bundan sonra Mirsalam Mirsalamov əvəzləyəcək.

AzNews.az-ın məlumatına görə, kanal rəhbəri Vaqif Mustafayev Ə.Əlizadənin yenidən "Space"ə qayıtmağını istəsə də, bu, mümkün olmayıb. Buna səbəb isə ikincinin V.Mustafayevlə şərt kəsməsi olub. Belə ki, məlumata görə, Ə.Əlizadə kanaldan necə gedibsə, elədə də qayıtmaq istədiyini bildirib: "Kanala yenidən qayıdışımın səbəbini tamaşaçılara açıqlamalıyam. Efirdə deməliyəm ki, bura siz istədiyiniz üçün qayıtmışam".

Amma V.Mustafayev aparıcının bu şərtini qəbul etməyib. Bunun ardınca V.Mustafayev Ə.Əlizadəni Mirsalam Mirsalamovla əvəzləyib.

Mirsalam Mirsalamov AzNews.az-a açıqlamasında "Hər səhər"in yeni aparıcısı olduğunu təsdiqləyib.

Bahar Rüstəmli
AzNews.az