“Təəssüf ki, Heydər Əliyev barədə filmim yarımçıq qaldı” - Rejissor

"Hələ ki, heç bir film çəkmirəm. Yeni bir serialdan dəvət almışam. Əgər alınsa, iki aydan sonra serialın çəkilişlərinə başlayacağam".


Bunu AzNews.az-a kinossenarist və rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatı Ramiz Fətəliyev bildirib.

O, mərhum prezident Heydər Əliyevlə bağlı çəkməyə başladığı "Ən adi soyad" filimin aqibətindən də danışıb. Rejissor deyib ki, filimin çəkilişləri dayandırılıb: "Təəssüf ki, Heydər Əliyevin həyatından bəhs edən filmi sona çatdıra bilmədim. Filmin çəkilişləri bəzi səbəblərə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən donduruldu. Söz yox ki, nazirlikdən deyirlər ki, guya, davamı olacaq, amma açığı inanmıram buna".

Rejissor filimin çəkilişlərinin hansı səbəbdən dayandırılmasından xəbərsiz olduğunu bildirdi: "Bu məsələ məndən asılı deyil. Mən o filmi çəkmək istəyirdim. Amma doğrudan da bilmədim ki, film nə üçün dondurulub".

Bahar Rüstəmli
AzNews.az