Yeni ilin ilk günü Yer üçün maqnit fırtınası ilə başlayır

Yeni 2026-cı il Yer üçün maqnit fırtınası ilə başlayır.

Aznews.az xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, Günəşdə yaranan koronal dəlikdən çıxan yüksək sürətli plazma axınları və mümkün koronal kütlə atılmaları fonunda geomaqnit şəraitin güclənəcəyi gözlənilir.

Məlumata görə, 1 yanvar tarixində G1 səviyyəli maqnit fırtınası proqnozlaşdırılır və onun qısa müddət ərzində G2 səviyyəsinədək güclənməsi ehtimalı var.

2 yanvar ərzində isə maqnit fırtınasının zəifləyəcəyi, geomaqnit vəziyyətin əsasən sakit olacağı və ya G1 səviyyəsində qalacağı bildirilir.