“Avatar”ın davamı çəkiləcək

Bütün dünyada satış rekordları qıran "Avatar" filminin davamı 2014-cü ildə çəkiləcək.

AzNews.az xəbər verir ki, məşhur rejissor Ceyms Kameronun yaratdığı "Avatar" filmində baş rolu ifa edən Sam Vorzinqton 2014-cü ilin oktyabr ayında çəkilişlərə başlayacaqlarını bildirib və gələcəkdə filmin 3-cü və 4-cü hissələrini də çəkəcəklərini açıqlayıb. Film 2016-2018-ci illər arasında tamamlanacaq.

Qeyd edək ki, "Avatar" filmi nümayiş olunduğu 2009-cu ildə 2,7 milyard dollar gəlir əldə etmişdi.

İbrahim Kamiloğlu
AzNews.az