- Köhnə - Mədəniyyət
- 8 Noyabr 2013 15:24
- 126 885
Səməd Vurğunun Cavidə söyüş dolu şeiri - Foto

Hüseyn Cavidə
Sən ey böyük günlərin adına böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan!
"Gözəllik aşiqiyəm" deyən deyilmiydin, sən?
Ömründə bir yaxşılıq gəlməmişdi əlindən.
Millətçilər adına dedi böyük sənətkar,
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən Həmidi qoltuğa vurub gəzməyə getdin,
Hərədən bir tük çəkib, kosuna saqqal etdin.
Azərbaycan şairi olsa da qorxaq adın,
Sultanların, şahların sinəsini yaladın.
Utanmadan Vaqifin, Füzulinin üzündən,
........................................................................
(bu yerdə çox vulqar ifadələr işləndiyi üçün misra çıxarılıb)
O murdar arzuların torpaqlara gömüldü,
Sənin yaratdıqların özündən əvvəl öldü.
Mənbə: "Ədəbiyyat qəzeti", 1937-ci il, 16 İyun
