Qazaxıstanlı alimlər AMEA-da- Foto

Bu gün AMEA Dilçilik İnstitutunda Qazaxıstan Dilçilik İnstitutunun bir qrup alimi ilə görüş keçirilib.

AzNews.az-nın məlumatına görə, görüşdə bildirilib ki, səfər Azərbaycanın latın qrafikalı əlifbaya keçid təcrübəsi ilə tanış olmaq məqsədi daşıyır.

İnstitutun direktor professor Fəxrəddin Veysəlli institutun fəaliyyəti barədə məlumat verərək deyib ki, Azərbaycanda latın qrafikalı əlifbaya keçid prosesi 10 il müddətində aparılıb.

F. Veysəlli bildirib ki, Qazaxıstan 2025-ci ildə latın qrafikalı əlifbaya keçid nəzərdə tutulur. O, qazaxıstanlı həmkarlarının qarşılaşacağı problemlər, görüləsi vacib işlər haqda da danışıb: "Əvvəlcə orta məktəbin ibtidai siniflərində bu əlifbaya keçmək lazımdır. Daha sonra bunu yuxarı siniflərdə tətbiq etmək məqsədəuyğundur. Nəhayət, institutlar və universitetlərdə latın qrafikalı əlifbaya keçilməlidir. Lüğətlər, klassiklərin əsərləri və folklor materiallarının da latın qrafikasında çap olunması çox vacibdir".

Qazaxıstanlı alimlər - akademik Umirzak Aitbayev, professorlar Junisbek Alimxan, Malbakov Mırzaberqen institutun şöbələri ilə tanış olub, əməkdaşları ilə söhbətləşiblər. Sonda isə xatirə şəkli çəkdiriblər.


AzNews.az