“Ağ ölümün kölgələri” – yeni serial


Bütün dünyada probleminə çevrilən ağ ölüm haqqında 20 seriyalı film çəkilir.

AzNews.az xəbər verir ki, ssenari müəllifi və quruluşçu rejissoru Nadir Muqbilov olan "Ağ ölümün kölgələri" adlı serialda döyüş səhnələrinə xüsusi yer ayrılıb.

Filmdə əməkdar artistlər Suqra Bağırzadə, Azad Şükürov, Aydın Əliyev, eyni zamanda Ənvər Həsənov, Rəşad Kəsəmənli və müğənni kimi tanıdığımız Cəvahir Abdulova və başqaları rol alıblar.

Qeyd edək ki, bu, Cəvahir xanımın kinoda ilk roludu. Xatırladaq ki, film "MM" studio, Zoom Film Company və Azərbaycanfilm Kinostudiyasının birgə istehsalıdır.

Filmin ikinci rejissoru Fikrət Məmmədov, səs operatoru Eldar Şahverdiyev, prodüseri Elçin Ağayev, bəstəkarı Zaur Zeynaldır. Filmin rejissoru Nadir Muqbilov bundan öncə "Hökm", "Qara bazar" və "Prokuror" filmlərini ekranlaşdırıb.

Bahar Rüstəmli
AzNews.az